Moon Stream's Reviews > Monte Cristo Kontu #2

Monte Cristo Kontu #2 by Alexandre Dumas
Rate this book
Clear rating

by
69069740
's review

it was amazing

Son səhifələrini göz yaşları içində bitirdim😢❤ Və beləliklə də, uşaqlığımdan bəri heyranlıq duyduğum və tam versiyasını oxumaq üçün həyəcanlandığım bu möhtəşəm əsəri bitirmiş oldum.
Yazarın dili, hadisələri təsvir etmə tərzi, obrazlar arasındakı dialoqlar, hər şey o qədər incə gedir ki, heyranlıq duymamaq əldə deyil. Daha öncə heç bir kitabın dilindən bu qədər zövq aldığımı xatırlamıram. Əsərin hər sətrindən elit'lik yağırdı. Bununçün həm də əsəri belə gözəl tərcümə etdiyi üçün Volkan Yalçıntokluya da minnətdarlığımı bildirirəm.
Əsərdə tez-tez sənətkarlıq, ədəbiyyat, fəlsəfə, coğrafiya, tarix, mifologiya, etika, siyasət, hətta ara sıra kimya kimi sahələrə aid bilgilərdən bəhs edilirdi. Daha çox da Monte Kristo'nun dilindən. Real həyatda belə biri mövcud deyil məncə. Amma kaş olaydı. Bu obraza heyranlıq duyduğum qədər hər hansı bir obraza heyranlıq duya bilməmişəm. Yazar onu sanki real həyatda görüb tanıyırmış kimi "canlı" yaradıb. Ona həm əvvəlki həyatında Dantes olaraq, həm də sonrakı həyatında Monte Kristo olaraq çox heyran qaldım. Ona edilən haqsızlıqlar, yaşadığı izdirablar o qədər gözəl təsvir edilmişdi ki...təsirlənməmək mümkün deyil.
Bir də əsərdə təsadüflər çoxdu. Əvvəl bu mənə qəribə gəlirdi. Ama sonra oxuduqca yazarın bunları bir-birilə əlaqələndirmə şəklinə baxanda əslində mümkün olan şeylər olfuğunu başa düşdüm. Yəni, yazar bu təsadüfləri incə-incə işləmiş və sanki bunların olmaması imkansızmış kimi hiss etdirmişdir.
Əsərin məzmunu, Dantesin intiqam almağa qərar verməsiylə açılır düzdür. Amma bir şeyi bilmək lazımdır, yazar heç də sırf bəsit intiqam hekayəsi yaratmayıb. Bu hekayədə çox şey var. Dövrün sosial-siyasi həyatı olduqca yaxşı əks olunmuşdu, yazar siyasi hadisələri bu obrazın ətrafında birləşdirməklə əslində o dövrdə insanların bir çoxunun başına gələn şeyi də bizə anlatmış olurdu. Digər tərəfdən əsərin sonunda biz anlayırıq ki, yazar heç də intiqam almaq lazımlı şeydir demir bizə. Əksinə, intiqamın, nifrətin insanın özünə elə birinci düşmən olduğunu göstərmişdir. Edilən haqsızlıqlar yerdə qalmadığı kimi, başqalarının bədbəxtliyi üzərinə qurulan səadətin də sonu yaxşı bitmir. Əsərdə müxtəlif mövzular haqqında(ölüm, yaşam, cəzalar, səadət, sevgi, fədakarlıq və s.) ifadə edilən fikirləri də bəyəndim.
Qısacası, dili oxunaqlı, sizi durmadan intizarda qoyacaq və uzunluğuna baxmayaraq ayırdığınız zamana dəyəcək olan bu kitabı mütləq, ama mütləq oxumalısız! Klassik olduğuna baxmayaraq oxumaqdan qorxmayın. Düzdür, dili oxunaqlı olsa da yenə incədir, anlamaq üçün klassik dövrün danışığına da azdan çoxdan bələd olmaq tələb olunur; odur ki, sırf klassiklərə başlanğıc kitabı olaraq tövsiyə etməsəm də, klassiklərin dili ilə tanışsınızsa mütləq oxumağınızı tövsiyə edirəm👍📚❤
Əsərdə altını xəttlədiyim çox yer oldu:

"Gözlerimi kapattığımda gördüğüm her şeyi yeniden görüyorum. İki tür bakış vardır:bedenin bakışı ve ruhun bakışı. Bedenin bakışı bazen unutabilir ama ruhun bakışı daima hatırlar."

"Ahlâki yaraların gizlenseler de asla kapanmamak gibi bir özellikleri vardır; dokunulduklarında ağrımaya, kanamaya hazırdırlar; yürekte canlı ve açık beklerler."

"Gerçekten yüce gönüllü insanlar düşmanlarının başına gelen felaket, ona duydukları kinin sınırlarını aştığında merhametli davranmaya hazırdır."

"Yüreğimin sevgili evlatları, yaşayın ve mutlu olun ve Tanrı'nın geleceği insanın gözleri önüne sermeye tenezzül ettiği güne kadar tüm insani bilgeliğin şu iki sözcükle ifade edileceğini asla unutmayın: beklemek ve umut etmek!"
27 likes · flag

Sign into Goodreads to see if any of your friends have read Monte Cristo Kontu #2.
Sign In »

Reading Progress

February 16, 2019 – Shelved as: to-read
February 16, 2019 – Shelved
September 2, 2019 – Started Reading
September 4, 2019 –
page 117
15.1%
September 5, 2019 –
page 227
29.29%
September 7, 2019 –
page 282
36.39%
September 7, 2019 –
page 332
42.84%
September 11, 2019 –
page 356
45.94%
September 13, 2019 –
page 400
51.61%
September 18, 2019 –
page 448
57.81%
September 21, 2019 –
page 622
80.26%
September 21, 2019 –
page 650
83.87%
September 25, 2019 –
page 690
89.03%
September 26, 2019 – Finished Reading

Comments Showing 1-2 of 2 (2 new)

dateDown arrow    newest »

message 1: by İbrahim (new)

İbrahim Karagöz Tebrik ederim. Ben de çok beğenmiştim.


Moon Stream Teşekkür ederim🙂


back to top