Devid Qarrett

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Devid Qarrett
Devid Qarrett Lüdviqshafen şəhərində konsert zamanı (Mart,2009)
Devid Qarrett Lüdviqshafen şəhərində konsert zamanı (Mart,2009)
Ümumi məlumatlar
Doğum adı David Christian Bongartz
Doğum tarixi 4 sentyabr 1980(1980-09-04)[1][2][…] (44 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti skripkaçı, ssenarist, model[d], səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1988-ci ildən
Janr klassik musiqi
Musiqi aləti skripka
Albom şirkəti Decca Records[d]
Təhsili
Mükafatları Order of Merit of North Rhine-Westphalia
david-garrett.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Devid Qarrett (alman dili: David Christian Bongartz; 4 sentyabr 1980[1][2][…], Aaxen, Şimali Reyn-Vestfaliya, Qərbi Almaniya[3]) — alman-amerikalı skripka ifaçısı-virtuoz, musiqi istiqamətində, cazrok ilə klassik musiqi sintezinin ifaçısı.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

David Qarrett 4 sentyabr 1980-ci ildə Almaniyanın Aaxen şəhərində, amerikalı prima-rəqqasə Dove Garreett və alman vəkil və hüquqşünas Georg Peter Bongartzın ailəsində anadan olmuşdur.[4] O bir təxəllüs kimi anasının qızlıq soyadını qəbul etdi, "daha gur və rahat tələffüs olunduğuna görə".[5] Devid Qarrett subaydır.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

Davidin 4 yaşı olduqda atası böyük qardaşı üçün skripka aldı və beləliklə David musiqiyə maraq göstərdi, tezliklə skripkada ifa etməyə başladı. Bir il sonra, o, müsabiqədə iştirak etdi və ilk mükafatını qazandı. 7 yaşında o, professor Zakhar Bron ilə Lübek Konservatoriyasında skripka çalmağı öyrəndi.[6] 12 yaşından isə o Polşa mənşəli Britaniyalı skripkaçı İda Qendelnən işləməyə başlayır. Onunla görüşmək üçün Devid tez-tez Londona və digər Avropa şəhərlərinə səyahət edir.[7] 17 yaşında o evi tərk edir və Londondakı Kral musiqi kollecinə (Royal College of Music) daxil olur, lakin birinci semestri bitirib onu tərk edir. Müsahibələrin birində Kollecdən xaric olunma haqqında suala Qarrett belə cavab verir: "Bunu rəsmi xaric olunma kimi qiymətləndirmək olmaz… Bu birinci semestrən sonra mənim və Kral Musiqi Kollecinin ayrı yollarla davam edəcəyimiz haqqında qarşılıqlı razılaşma idi. Mən, həqiqətən də dərslərdə iştirak etmirdim, lakin bunu əlavə təcrübə yığdığım üçün edirdim, lakin bu mənə bəraət qazandırmadı!"[8] 1999-cu ildə Devid Culiyard məktəbində (Juilliard School) təhsil almaq üçün Nyu-York şəhərinə yerləşir və 2003-cü ildə İohan Sebastyan Bax üslubunda yazılmış fuqanı təqdim edərək, bu məktəbin bəstəkarları arasında keçirilən müsabiqəsində qalib olur. Culiyard məktəbində o, İtshak Perlmanın rəhbərliyi altında təhsil alanların birincilərin arasında idi.[7] Culiyard məktəbində təhsil aldığı zaman, Qarrett əlavə qazanc məqsədilə, model kimi də işləyirdi.[9] 2004-cü ildə o Culiyard məktəbini bitirib, diplom alır. 11 yaşında Almaniya Prezidenti Rixard fon Veytsekkerin qarşısında çıxış edəndən sonra, hörmət əlaməti olaraq Qarrettə onun ilk Stradivari skripkası təqdim olunub. 13 yaşında Qarrett iki CD disk yazır və ilk dəfə Alman televiziyasına dəvət alır. Devid Almaniya Prezidenti Veytsekkerin şəxsi dəvəti ilə Prezident igamətgahında konsert verir. Ona Antonio Stradivarinin yaratdığı, "Qızıl dövrdə" yaranan alətlər arasında ən mühüm yerlərdən birini tutan, məşhur "San Lorenzo" skripkasında ifa etmək təklif olunur. 13 yaşında, belə kontraktlar tarixində ən gənc solo ifaçısı, Qarrett Deutsche Grammophon Gesellschaft şirkəti ilə eksklüziv kontrakt imzalayır.[4] 1997-ci ilin aprel ayında 16 yaşlı Devid, Zubin Mehtanın rəhbərliyi altında, Münxen filarmonik orkestri ilə DehliBombey şəhərlərində, Müstəqil Hindistanın 50 illik yubileyinə həsr olunmuş konsertlərdə çıxış edir. 2 ildən sonra, Berlin şəhərində Qarrett Rafael Frühbek de Burqosun rəhbərliyi altında fəaliyyət göstərən Berlin radiosunun Simfonik orkestri ilə çıxış edir və tənqidçilərin müsbət rəyin qazanır. Bu Hannoverdə keçirilən Expo 2000 zamanı baş verən çıxışlarda iştirak etməyə gətirib çıxarır. 21 yaşında Devid BBC Proms konsertlərində çıxış üçün dəvət alır. 2008-ci ildə "Encore" musiqi albomunun buraxılışı gənclərin klassik musiqiyə marağını artırmaq məqsədi daşıyır. Qarrett alboma, həyatı boyunca onu müşayiət edən, şəxsi aranjimanlarını və musiqi kompozisiya fraqmentlərini və melodiyalarını daxil edir. Öz musiqi qrupu ilə birlikdə konsertlərində, royalın müşayiəti ilə klassik sonata və kompozisiyalarla yanaşı, rok-mahnılar, aranjimanlar və kinofilmlərən musiqi hissələri ifa edir. 2007-ci ilin payızında, elit qələm istehsalçısı Montegrappa firması, Devidi "Tributo ad Antonio Stradivari collection" adlı yeni qələm kolleksiyasının "siması" seçir. Kolleksiyanın təqdimat mərasimi, Roma, Nyu-York, Hon-Konq, Berlin və London daxil olmaqla, müxtəli şəhərlərdə keçirilir. Bu münasibətlə, Qarrettə Stradivarinin "Gli Archi di Palazzo Comunale" kolleksiyasına aid skripkada ifa etmək təklif olunur. O, həmçinin, 5 dekabr 2011-ci ildə keçirilən Royal Variety Performance-da iştirak edir və Nirvana qrupunun "Smells Like Teen Spirit" kompozisiyasının öz variantını təqdim edir.[10] Devid, gənc müstəqil müsiqiçilərinin karyerasına yardım məqsədilə, 9-cu İllik İndependent Music Awards müsabiqəsinin münsiflər heyətinin üzvlüyünə qoşulur.[11] 2012-ci ilin 19 may tarixində UEFA Çempionlar Liqasının finalında o Alman opera müğənnisi Yonas Kaufman ilə çıxış edir. Tamaşaçılarla dolu stadionda onlar UEFA çempionlar liqasının himnini ifa edirlər.[12] "Music" albomu 30 iyul 2013-c il tarixində işıq üzü görür. Bu alboma Qarrettin skripkada, simfonik və ya barokko üslubunda, ifa olunan rok və pop musiqi kompozisiyaları daxil olunub. "Caprice" albomu 2014-cü ilin 14 aprel tarixində buraxılıb. Onun yaranmasında Andrea Boçelli, Stiv MorsNikol Şerzinger iştirak etmişdirlər.

Musiqi albomları

[redaktə | mənbəni redaktə et]
  • Mozart: violin concertos (with Claudio Abbado) (1995)
  • Violin Sonata (1995)
  • Paganini Caprices (1997)
  • Tchaikovsky, Conus: Violin Concertos (1997)
  • Pure Classics (2002)
  • Free (2007)
  • Virtuoso (2007)
  • Encore (2008)
  • David Garrett (2009)
  • Classic Romance (2009)
  • Rock Symphonies (2010)
  • Bolero (2011)
  • Legacy (2012)
  • Music (2013)
  • Garrett vs. Paganini
  • Caprice (2014)
  • Timeless – Brahms & Bruch Violin Concertos (with Zubin Mehta & Israel Philharmonic Orchestra)
  • Explosive (2015)

Digər albomlar

[redaktə | mənbəni redaktə et]
  • Nokia Night of the Proms (2004)
  • The New Classical Generation 2008 (2008)
  • David Garrett: Live — In Concert & In Private (2009)
  • David Garrett: Rock Symphonies – Open Air Live (2011)
  • David Garrett: Legacy Live in Baden Baden (2011)
  • David Garrett: Music – Live in Concert (2012)

31 oktyabr 2013-cü ildə ekranlara çıxan "Paqanini: Şeytanın skripkaçısı" filmində baş rolda çəkilib. Həmçinin Qarrett bu filmin bəstəkarı və filmin xüsusi aranjimançı kimi də çıxış edir.[13]

  • Michael Fuchs-Gamböck, Thorsten Schatz: David Garrett. Der Rebell mit der Geige. 1. Auflage. Knaur-Taschenbuch-Verlag, München 2010, ISBN 978-3-426-78431-0, DNB 1001885651 (Alman dilində)
  • Carolin Pirich: Auf beiden Saiten.In: Die Zeit. Nr. 6. 31. Januar 2013.(Alman dilində)[14]

Tanınma və Mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • Radio Regenbogen Award, March 2008
  • Echo Classics, Classic without borders, October 2008
  • GQ Award Man of the Year category music, November 2008
  • Goldene Feder, may 2009
  • Goldener Geigenbogen, may 2009
  • Golden Camera, Best Music International, January 2010
  • World's Fastest Violinist, Guinness World Record
  • Bambi Awards, category Classic (14.11.2013)
  1. 1 2 David Garrett // filmportal.de. 2005.
  2. 1 2 David Garrett // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #134957903 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 "David Garrett: Biography". David Garrett's Official Website. Retrieved 12 November 2012.
  5. Carter, Kevin L. (9 September 2009). "String Theory: Is David Garrett the Next, Next Thing?".U.S. 1. Retrieved 12 November 2012.
  6. Carter, Kevin L. (9 September 2009). "String Theory: Is David Garrett the Next, Next Thing?". U.S. 1. Retrieved 12 November 2012.
  7. 1 2 "David Garrett Full Biography". Mark Stephan Buhl Artists Management. Retrieved 12 November 2012.
  8. "Classicalx interview with David Garrett". Classicalx. 4 April 2008. Archived from the original on 5 April 2012. Retrieved 24 November 2011.
  9. Adam Sweeting. David Garrett: the Beckham of the violin (англ.). The Daily Telegraph. telegraph.co.uk (1 December 2011).
  10. "Royal Variety Performance 2011 – Thank you!". The Royal Variety Performance official website. 8 December 2011. Retrieved 12 November 2012.
  11. "9th Annual Judges". Independent Music Awards. Retrieved 12 November 2012.
  12. "New Champions League theme version". UEFA.com. 19 may 2012. Retrieved 12 November 2012.
  13. http://www.teufelsgeiger-film.de/ Arxivləşdirilib 2018-05-06 at the Wayback Machine - Filmin rəsmi veb səhifəsi
  14. "Arxivlənmiş surət". 2016-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]