Tullio Pinelli

Vikipediya, azad ensiklopediya
Babək Akifoğlu (müzakirə | töhfələr) (Yeni səhifə: {{Yazıçı |adı = TULLİO PİNELLİ |orijinaladı = {{lang-it|Tullio Pinelli}} |şəkil = Tullio Pinelli.jpg |şəkil miqyası = 200 |təxəllüs ...) tərəfindən edilmiş 09:02, 8 iyul 2011 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
TULLİO PİNELLİ
it. Tullio Pinelli
Doğum tarixi 24 iyun 1908(1908-06-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 7 mart 2009(2009-03-07)[3][1][…] (100 yaşında)
Vəfat yeri
Uşağı 4
Təhsili
  • Turin Universiteti[d]
Fəaliyyəti yazıçı, ssenarist, dramaturq
Fəaliyyət illəri 1944-cü ildən
Əsərlərinin dili italyan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tullio Pinelli (it. Tullio Pinelli) - İtaliya ssenaristi.

Həyatı

Tullio Pinelli 24 iyun 1908-ci ildə İtaliyanın Turin şəhərində anadan olmuşdur. Pinelli öz fəaliyyətinə hüquqşünas kimi başlamışdır. Amma boş vaxtını teatrlar üçün pyeslər yazmağa sərf edirdi. Pinellidə italyan vətənpərvərliyi özünü göstərirdi. Belə ki, onun böyük dayısı general Ferdinando Pinelli Kalabriyada quldur qiyamının yatırılmasında böyük xidmətləri olmuş insan idi.

Onun gələcək əməkdaşı Fellini ilə ilk görüşü 1947-ci ildə əks tərəfdə oturub eyni qəzeti oxuduğu bir köşkdə olmuşdu. Pinelli demişdi: "Bir-birimizlə görüş yaradıcılıqda ilırım zərbəsi kimi olmuşdu. Biz əvvəldən eyni dildə danışırdıq. Biz tamamilə dövrün əksinə olan bir ssenari haqqında düşünürdük. Əhvalatda olduqca utancaq və bir o qədər də ciddi insanın uçacağını bəyan etməsi də var idi. Belə olduqda o, əllərilə şüşəyə vurur və oradan qurtulmaq istəyir. Bu, təbii ki, italyan neorealizmi deyildi. Lakin ideya eləcə də heç vaxt heç yerə çıxıb getmədi". Uçmaq haqqında lətifə onların 1963-cü ildə çəkilən “Səkkiz yarım” filmindən xəbər verirdi. Həmin film görkəmli rejissor olan və xilas haqqında düşünən baş qəhrəmanın tıxacda tutulub saxlanılmasının xilası olaraq öz maşınında çıxıb uçması təsviri ilə başlayırdı.

Tullio Pinelli “Səkkiz yarım” filmində epizodik rolda çəkilən və “Kasablanka”da (1942) İvonn rolunu ifa edən aktrisa Madlen Lebo ilə ailə qurmuşdu.

Tullio Pinelli 7 mart 2009-cu ildə 100 yaşında Romada vəfat etmişdir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Tullio Pinelli // Internet Broadway Database (ing.). 2000.
  3. http://www.variety.com/article/VR1118000974.html?categoryid=19&cs=1.
  4. 1 2 Archivio Storico Ricordi. 1808.