Albus Dambldor (188130 iyun 1997[1]) — ingilis yazıçısı Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanında əsas obrazlardan biri. Romanın böyük hissəsində Hoqvartsın müdiridir. Sonrakı gedişatda əsas düşmən olan Lord Voldemorta qarşı mübarizə aparan Zümrüdüanka qardaşlığının qurucusu və lideridir.

Albus Dambldor
ing. Albus Dumbledore
Harri Potter obrazı
Maykl Qambon tərəfindən Harri Potter filmlərində yaradılmış Albus Dambldor obrazı
Maykl Qambon tərəfindən Harri Potter filmlərində
yaradılmış Albus Dambldor obrazı
Yaradan Coan Roulinq
Canlandıran Riçard Harris, Maykl Qembon, Judi Lou
Məlumat
Cinsi kişi
Peşə Hoqvarts direktoru
Milliyyəti ingilis

Görünüşü

redaktə

Albus Dambldor uzun və incə, gur gümüşü saç və saqqallıdır (cavanlıqda kürən). Ən az iki dəfə sınmış kimi görünən burnu var (bacısının cənazəsində qardaşının vurduğu yumruğun da bunda rol oynadığı təxmin edilir). Barmaqları uzundur. Gözləri parlaq mavidir.

Həyatının son illərində sağ əlindən lənətli üzüyə görə yaralanır. Sverus Sneyp vaxtında mûdaxilə etməmiş olsaydı, Dambuldor daha tez öləcəkdi. Buna baxmayaraq, əli lənət üzündən qaraldı və ölü kimi bir görünüş aldı. Sneypə görə, Dambuldorun yaşamaq uçün sadəcə bir ili qalmışdı (lənət əlindən yayılırdı). Ancaq lənətdən öləcəyi təqdirdə bütün bədəninin qaralıb-qaralmacağı mübahisəlidir.

Xarakterik xüsusiyyətləri

redaktə

Həmişə olmasa da, əksər vaxtlarda sakit və ruhani görünür. Harri onun doğrudan da əsəbi olduğunu fikirləşdiyi vaxtlarda belə əksərən sakit və xoş danışır.

Romanlarda

redaktə

Harri Potter və Fəlsəfə Daşı

redaktə

Birinci romanın ilk fəsilində Dambldor valideynləri öldürülmüş bir yaşlı Harrini Durslilərin evinə buraxır və onlara məktub yazır. O, bilir ki, anasının xüsusi sehri vasitəsiylə Harri onsuz da mühafizə olunacaq.

Harrinin Hoqvartsa gəlməsindən sonra Dambldor ona İstək güzgüsünün sirrini açır və bildirir ki, "güzgü insanı özünə bağlayaraq xəyallar aləmində yaşadır, lakin real həyatla səsləşmək daha vacibdir." Daha sonra Dambldor xüsusi sehr istifadə edərək Fəlsəfə Daşını həmin güzgünün içində gizlədir. Həmin sehrə görə daşı yalnız ondan istifadə etmək istəməyən adam götürə bilərdi. Romanın sonuna yaxın Dambldor Harrinin bütün suallarını cavablandırır. Görünməzlik mantiyasını Harriyə göndərdiyini bildirir.

Harri Potter və Sirlər Otağı

redaktə

İkinci romanda Dambldor maql valideynləri olan tələbələrə qarşı edilən hücumlarda Tom Ridlin əli olduğunu ehtimal etsə də, bunun necə baş verdiyini anlamır. Harri Tomun gündəliyinə baxdığı zaman gənc Dambldorun Tomdan baş vermiş hücumlarla bağlı bir şey bilməsini soruşur. Romanın ikinci yarısında Hoqvarsda Vasiliskin hücumlarının baş verməsindən istifadə edən Lusius Malfoy Dambldorun vəzifədən azad edilməsi üçün sehrbazlar şurasına təzyiq edir. Lakin Cinninin sağ-salamat Sirlər otağından xilas edilməsi Lusiusun planını alt-üst edir.

Harri Potter və Azkaban Məhbusu

redaktə

Üçüncü romanın başlanğıcında tələbələri Azkabandan qaçmış cinayətkar Sirius Blekdən qorumaq üçün Dambldor Dementorların Hoqvarts ətrafında keşik çəkməsinə razılaşsa da, onların Hoqvarts ərazisinə girməsinə qadağa qoyur. Lakin, Blekin Hoqvartsda görünməsindən sonra o, qəsrin bütün girişlərinin qapadılmasını əmr edir. Qviddiç yarışı zamanı Dementorların stadionun üzərindən uçması Harrinin yıxılması ilə nəticələnir və bu Dambldoru qəzəbləndirir. O, Harrinin təhlükəsiz şəkildə məktəb xəstəxanasına aparılması üçün sehrli çubuğundan istifadə edir. Daha sonra romanın sonunda Sirius və Bakbekin xilas edilməsi üçün Dambldor Hermionaya Zaman-çeviricidən istifadə etməyə icazə verir.

Mülkü

redaktə

Dambldorun otağında çox nadir şeylər var.

Düşünseli. Sehrbazlaeın başlarından çıxarda bildikləri,xatirələri saxlamaq və yenidən gözdən keçirmək üçün istifadə olunan daş qabdır. Harri bunu ilk dəfə Atəş qədəhində kəşf edir və sonrakı gedişatda tez-tez istifadə edir.

Cinsəllik

redaktə

Dambldor homoseksualdır.

  1. Wizarding World Digital (ing.). 2012.